İsrail “Al Mayadeen” telekanalının ofisinə zərbələr endirib
24-okt, 08:23 170 Dünya
İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutda “Al-Mayadeen” telekanalının ofisinə zərbələr endirib.“Qafqazinfo” xəbər verir ki, bu barədə telekanalın saytında məlumat verilib.
Bildirilib ki, paytaxtın cənub ərazisində yerləşən ofisə hücum oktyabrın 23-ü axşam saatlarında baş verib.
“Al Mayadeen” qeyd edib ki, kanalın əməkdaşları hərbi əməliyyatlar başlayandan sonra ofisi tərk ediblər.





