“Terroru PKK törədib” - Yaşar Gülər
24-okt, 08:38 31 DünyaTürkiyə milli müdafiə naziri Yaşar Gülər TUSAŞ aerokosmik şirkətinin obyektində törədilən terror aktı ilə bağlı açıqlamalar verib.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, nazir hücumunu PKK terror təşkilatının üzvlərinin həyata keçirdiyini bildirib.
“Bu PKK alçaqlarına layiq olduqları cəzanı veririk, amma ağıllanmırlar. Həmişə dediklərimi bir daha təkrar edirəm, son terrorçu məhv edilənə qədər onlardan əl çəkməyəcəyik”, - deyə Gülər deyib.