"Əlimi Buraxma" verilişində daha bir gözdən əlil xəstənin arzusu gerçəkləşdi
23-noy, 17:24 219 Gündəm / Cəmiyyət“Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
Heydər Əliyev
Hörmətli oxucularımız, dəyərli "Əlimi Buraxma" verilişinin izləyiciləri bu gün biz növbəti dəfə Səhiyyə TV-də aparıcı Nuranə xanım Gülərin təqdimatında olan "Əlimi Buraxma" verilişində ekspert kimi iştirak etdik və bəzi sosial məsələlər müzakirə olundu. Verilişə müraciət edib gələn iştirakçıların problemləri öz həllini tapdı, 12 yaşlı gözdən əlil Mədinə balamız isə veriliş vasitəsilə öz arzusuna çatdı.
Qeyd edim ki, "Əlimi Buraxma" verilişinin ekspertləri hörmətli "Orvita" psixologiya və realibitasiya mərkəzinin rəhbəri, psixoloq - Ramidə Oktayqızı, "Qanunyolutv.az" sayıtının rəhbəri - Arif Süleymanlı , rejissor, aktyor - Elçin İmanov, "Zəfər yolu.az" sayıtının redaktoru - Jalə Ağakişiqızı , "Qadın, Ailə, Uşaq Problemləri Üzrə Dövlət Komitəsi yanında" İctimai Şuranın üzvü - Fariz Əkbərov idi.
Nəzərinizə çatdırım ki, "Əlimi Buraxma" verilişinin bu dəfəki buraxılışında da verilişə müraciət edən insanların sosial problemləri ekspertlər tərəfindən müzakirə olunaraq, həlli istiqamətində addımlar atıldı. Verilişə müraciət edən daha bir iştirakçı yoldaşı tərəfindən 4 yaşlı balaca Hüseynlə küçələrə atılmış ananın problemi də həllini tapdı. Anaya isə iş yeri təklif edildi və işlə təmin olundu. Eləcədə qalmaq üçün müvəqqəti sığınacaq da verildi.
Dəyərli oxucularımız, hörmətli "Əlimi Buraxma" verilişinin izləyiciləri mən sizlərin diqqətinə bir qürurverici məqamı, hər kəsi riqqətə gətirən, təəccübləndirən bir mənzərəni çatdırmaq istəyirəm. SəhiyyəTV-də aparıcı Nuranə Gülərin təqdimatında "Əlimi Buraxma" verilişinə 12 yaşlı gözdən əlil Mədinə balamız zəng edib müraciət etmişdir. Onun Nuranə xanımdan ən böyük arzusu, istəyi həyatda müğənni Amin Rəhmanovu real tanıması olmuşdur. Sağ olsun Nuranə xanım da Mədinə balamızın istəyini nəzərə alıb, onun arzusuna biganə qalmayaraq müğənni E.Rəhmanovu efirə dəvət edərək 12 yaşlı xəstəmizin arzusunu reallaşdırır. Bax beləcə daha bir arzusu olan gözdən əlil xəstəmizi Nuranə xanım sevindirir.
Bəli, əziz oxucularımız gəlin hər zaman bir olaq. İmkansızlara, xəstə uşaqlara, Mədinə balamız kimi arzu ilə yaşayan övladlarımıza, dəstək olaq, köməklik edək. Baxın bir xəstəni sevindirmək, onun arzusunu gerçəkləşdirmək nə qədər qürurverici və sevindirici haldır. Allah bütün övladlarımızı qorusun!
P.S. Sonda məndə "Qanunyolutv.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından SəhiyyəTV "Əlimi Buraxma" verilişinin dəyərli aparıcısı Nuranə xanım Gülərə və onun fədakar kollektivinə, pradusser Yeganə xanıma bu xeyirxah yolda daima uğurlar, yeni-yeni müvəffəqiyyətlər arzulayıram. Nuranə xanım yolunuz həmişə açıq olsun! Tanrı sizi qorusun!
#BizBirlikdəGüclüyük!
"Qanunyolutv.az" Təsisçi və baş redaktor Arif Süleymanlı