Tanınmış hüquqşünas Əkbər Yusifoğlu Anar Bağırovu təbrik etdi


Tanınmış hüquqşünas Əkbər Yusifoğlu Anar Bağırovu növbəti dəfə VK Rəyasət Heyətinin sədri seçilməsi münasibəti ilə təbrik etdi   
Biz hüquq və azadlıqları bərabər olan bir ölkədə yaşayırıq. Vəkillik sənəti şərəfli peşədir, çünki vəkil dövlətin ən qiymətli kapitalı olan insan resusrsunu müdafiə edir.                            
Vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinin  funskiyalarını lazımi qaydada icra etməsi  üçün bu gün bir sıra rayon və şəhərlərdə regional Vəkil büroları fəaliyyət göstərir.              
Son dövrlər sürətlə inkişaf edən iqtisadi münasibətlərin və texnologiyaların, habelə daima dəyişən və yenilənən hüquq və praktikasının fonunda davamlı peşə hazırlıqları aparılır. Vəkil peşə fəaliyyətinin hər tərəfli inkişafı üçün Anar Bağırovun müstasna xidmətləri var. 6 dekabr 2022-ci tarixində Azərbaycan Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti konfransı keçirilib. Konfrasda Anar Bağırov növbəti dəfə VK Rəyasət Heyətinin sədri seçilib. Bu münasibətlə Anar müəllimi ürəkdən təbrik edirəm çətin və məsul fəaliyyətində ona bol-bol uğurlar arzulayıram! 
Anar müəllimin səyləri nəticəsində vəkillik institutu inkişaf etməkdə davam edəcəkdir. Azərbaycan vəkilliyinin inkişafı üçün Anar Bağırov əlindən gələni edir və bundan sonrada edəcəkdir. 
 
Əkbər Yusifoğlu
Tanınmış Hüquqşünas