Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" proqramı
09-dek, 17:54 169 Gündəm / Cəmiyyət"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. 10.12.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında İcra haqqında qanunun 12-ci maddəsi, Azərbaycan Respublikası Konstutsiyasının 13, 29, 43-cü maddələri, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-maddəsi haqqında fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. “Qanun və İcra” proqramına müracət edən şikayətçi vətəndaş Elfirida Qasımovanın evlə bağlı problemi, digər şikayətçi Əfqan Məmmədovun “Azyaşlılarla (nəvələri ilə) ünsiyyətdə olmaq hüququ təmin edilmir” şikayəti dinlənəcək və hüquq yollarından danışılacacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqrama ekspertlər dəvət etmişik:
1. Mirzə Xankişiyev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
2. Xəyalə Quliyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
Proqramın informasiya dəstəyi “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Fərid Faiqoğlu
AJB-nin üzvü