Yasamal rayonunda “Zəfər siyasətinin banisi” adlı tədbir keçirilib

Zeferyolu.az xəbər veririr ki, YAP Yasamal rayon təşkilatında YAP Yasamal rayon təşkilatı, Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Zəfər siyasətinin banisi” adlı tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları tərəfindən YAP Yasamal rayon təşkilatının inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirin rəsmi hissəsində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq video çarx nümayiş etdirilib.Tədbirə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təqdimatında bədii kompozisiya ilə yekun vurulub.