Bakı Forumu: “Aİ kontekstində Qərbi Balkan regionu” mövzusunda panel iclası keçirilib
11-mar, 10:43 166 Gündəm“Report”un xəbərinə görə, Forum çərçivəsində “Aİ kontekstində Qərbi Balkan regionu” mövzusunda növbəti panel iclası keçirilib.
Bosniya və Herseqovinanın 2001-2002-ci illərdə Baş naziri; Bosniya və Herseqovinanın 2012-2015-ci illərdə Baş nazirinin müavini Zlatko Laqumciyanın moderatorluğu ilə keçirilən panel iclasında 2015-2020-ci illərdə Xorvatiyanın Prezidenti Kolinda Qrabar-Kitaroviç, 2009-2010-cu illərdə Çexiyanın Baş naziri Yan Fişer, 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Petar Stoyanov, Rumıniyanın 1996-2000-ci illərdə Prezidenti Emil Konstantinesku və Monteneqronun 2012-2016-cı illərdə müdafiə naziri Miliça Peyanoviç-Durisiç iştirak ediblər.
İclasda çıxış edən 2015-2020-ci illərdə Xorvatiyanın Prezidenti Kolinda Qrabar-Kitaroviç həmişə qonşu ölkələrin Aİ və NATO-ya daxil olmasını dəstəklədiyini bildirib:
“Aİ qlobal elementə çevrilmək istəyirsə, Qərbi Balkan ölkələrini üzv etməlidir. Hesab edirəm ki, Balkan ölkələrinin Aİ-yə qoşulması regionun bütün ölkələri üçün ümumi müzakirə platforması yaradacaq. Zaman dəyişdi, Ukraynadakı müharibə Aİ-nin bütün təhlükəsizliyini pozdu”.
Eks-prezidentin sözlərinə görə bəzi ölkə rəhbərləri son zamanlar söyləyirlər ki, Aİ üzvü olmaq istəyirlər: “Mənə maraqlıdır ki, onlar bu sözü deyən zaman nə qədər səmimidirlər?!”
1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Petar Stoyanov isə qeyd edib ki, Ukraynanın Avropa İttifaqına üzv olunması çox vacibdir:
“Cənab Volodimir Zelenski də bu prosesin tezləşdirilməsini xahiş edib. Artıq Ukraynanın Avropa İttifaqına üzv olmasına dair prosedurun həyata keçirilməsi sürətli şəkildə başlanılıb. Bildiyiniz kimi, Ukraynadan başqa Gürcüstan və Moldova da Aİ-yə üzvlüklə bağlı müraciət ediblər”.
Rumıniyanın 1996-2000-ci illərdə Prezidenti Emil Konstantinesku vurğulayıb ki, Qərbi Balkan ölkələrinin Avropa İttifaqına inteqrasiyası olmasa bu qurumda hər hansı bir inkişaf olmayacaq.
Monteneqronun 2012-2016-cı illərdə müdafiə naziri Miliça Peyanoviç-Durisiçin fikrincə belə forumlarda danışmaq lazımdır: “Biz məqsədlərdən danışmalıyıq. Hesab edirəm ki, Qlobal Bakı Forumu faydalı olacaq. Rusiyanın Ukraynaya təcavüzü Monteneqrodakı vəziyyətə də təsir göstərib. Bizdə iki həftədən də az müddətdə prezident seçkiləri keçiriləcək. Monteneqro kiçik ölkədir. Biz böyük alyansın üzvü olmalıyıq”.
Panel iclası çıxışlarla davam etdirilib.
09:27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.
“Report”un xəbərinə görə, forum çərçivəsində “Aİ kontekstində Qərbi Balkan regionu” mövzusunda növbəti panel iclası keçirilir.
Bosniya və Herseqovinanın 2001-2002-ci illərdə baş naziri; Bosniya və Herseqovinanın 2012-15-ci illərdə baş nazirinin müavini Zlatko Laqumciyanın moderatorluğu ilə keçirilən panel iclasında 2015-20-ci illərdə Xorvatiyanın prezidenti Kolinda Qrabar-Kitaroviç, 2009-10-cu illərdə Çexiya Respublikasının baş naziri Yan Fişer, 1997-2002-ci illərdə Bolqarıstanın prezidenti Petar Stoyanov, Rumıniyanın 1996-2000-ci illərdə prezidenti Emil Konstantinesku və Monteneqronun 2012-16-cı illərdə müdafiə naziri Miliça Peyanoviç-Durisiç iştirak edirlər.
Hazırda panel iclası çıxışlarla davam edir.