Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” proqramı
27-apr, 10:39 153 Gündəm"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
29.04.2023-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144, 145 və 215-ci maddələri, eləcədə Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsi ilə bağlı fikir mübadiləsi eləcədə məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişik:
1. Mirzə Xankişiyev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
2. Adəm Məmmədov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
3. Esmira Rzayeva- Hüquqşünas
4. Soyanxan Mustafayev- Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil
Proqramın informasiya dəstəyi “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
“XeberTıme.az”