UNUDULMAZ POLKOVNİK


Xalqımızın sınağa çəkdiyi ağır, məşəqqətli illərdə o, Füzuli Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti Bölüyünün komandiri, 1995-ci ildən isə şəxsi heyətlə iş üzrə rəis müavini vəzifəsində xidmət edib. Azərbaycanın Milli Qəhərmanları – Pəhlivan Fərzəliyevin və Nazim Quliyevin komandiri olan Asif Məmmədov Füzuli rayonunun Horadiz qəsəbəsinin və 23 kəndin işğaldan azad olunmasında həmkarları ilə birgə şücaətlər göstərib, düşmənə qan utdurub. 

Torpaqlarımıza düşmən təcavüzü başlayanda ərazi bütövlüyümüzü qorumaqdan ötrü yüzlərlə polis əməkdaşı kimi döyüşə atılanlardan biri də Asif Məmməd oğlu Məmmədov olub. 

Qeyd edək ki, Asif Məmmədov 1954-cü ildə Füzuli rayonun Kürdmahmudlu kəndində müəllim ailəsində doğulub. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda, daha sonra Polis Akademiyasında təhsil alıb. Sahə inspektoru kimi xidmətə başlayıb və Şəxsi heyətlə iş üzrə rəis köməkçisi vəzifəsinədək yüksəlib. Həmkarımız 2010-cu ildə xidmətdə olmanın son yaş həddi ilə təqaüdə çıxıb. 2022-ci ildə isə dünyasını dəyişib. 

O, Füzuli polisinin keçdiyi döyüş yolu haqqında 2003-cü ildə dərc edilən “Ərgünəşin ər oğulları” adlı kitabın redaktoru olub. 

Vətəni, torpağı sevmək, onun ağrısını, dərdini çəkmək, milli mənafeyi şəxsi mənafedən üstün tutmaq, ən böyük vətənpərvərlik, ən böyül vətəndaşlıq xoşbəxtliyidir. Vaxtından, zamanından, harada işləməsindən asılı olmayaraq həmişə qəlbi milli mənafe, milli təəssübkeşlik, milli qürurla döyünən, sözün əsl mənasında vətənini sevən bir insan kimi torpaqlarımız uğrunda öz canını fəda verməkdən çəkinməyən düşmənlərimizlə üz-üzə vuruşmuşdu.

Tarixin, dövrün, zamanın yazıları, əsrlərlə silinməyən daim xatırlanan yaddaşı olduğu kimi, zaman da tarixin yol-yoldaşı, bələdçisidir. Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən isə qüdrətli mərd oğullarımız hər zaman dahi şəxsiyyət sayılır. Deyə bilərik ki, tarix əbədiliyi, zaman dolğunluğu keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə cəsur insanlara və torpağı, milləti uğrunda canını fəda verməkdən çəkinməyən şəxsiyyətlərə borcludur. Nəq qədər Azərbaycan var və Azərbaycan xalqı var, bu gün cəsur oğlunun xatırlayacaq və anılacaqdır.


Adil Mahmudov

“Azərbaycan Naminə” jurnalının Baş redaktoru