15 iyun-Milli Qurtuluş günü hər bir azərbaycanlıya istixarə hissləri bəxş edən gündür


1993-cü il 15 İyunda dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdışı Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişdi. Ulu öndərimiz özünün siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə o zaman respublikadakı xaos və anarxiyanın, vətəndaş qarşıdurması təhlükəsinin, kəskin tənəzzülün qarşısının alınmasını təmin etdi. Xalqımız Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, Milli Qurtuluşun açdığı yolla öz böyük gələcəyinə-dövlətin, ölkənin perspektivlərinə doğru səfərbər oldu. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günü-gündən ağırlaşan siyasi durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi.

Milli qurtuluş günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi, tarixi əhəmiyyətə malik gündür. İyunun 15-i xalqımız üçün səl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Tarixi bayram-Qurtuluş gününün əlaməti də odur ki, bu bayram Heydər Əliyevin 100 illiyinə təsadüf edir. Ədliyyə işçisi olaraq hər birimiz Milli Qurtuluş gününü fərqli əhval-ruhiyyədə qeyd edirik. Predident,  müzəfdər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Vətən müharibəsində parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub.

Hazırda Azərbaycan güclü, qüdrətli beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevrilib. Müstəqillik tariximizin ən şərəfli, ən müqəddəs bayramlarından olan 15 iyun-Milli Qurtuluş günü münasibətilə ədliyyə işçisi olaraq xalqımızı təbrik edir, bolluq, əmin-amanlıq, tərəqqi arzulayıram!


Təranə Novruzova

Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi