DÜNYA SİYASƏTİNİN HEYDƏR ƏLİYEV ZİRVƏSİ
14-iyn, 19:13 157 Gündəm / SiyasətBöyük şəxsiyyətləri, müdrik insanları, məğrur, əyilməz kişiləri çox vaxt nəhəng dağlara, uca zirvələrə bənzədirlər: "Dağ boyda kişi", "dağ cüssəli igid", "dağ vüqarlı oğul" və sair və ilaxır. Belə el deyimlərinin, bədii təşbeh və oxşatmaların təsirindəndirmi, yaxud nədəndirsə, harada əzəmətli dağ, başı qarlı uca zirvə görürəmsə, ilk növbədə gözlərim önünə xalqımızın qəhrəman oğulları, müdrik rəhbərləri, igid sərkərdələri, korifey sənətkarları, ən məşhur elm və mədəniyyət xadimləri... gəlir, özlüyümdə bənzətmə aparıram.
Tarixdə iz qoymaq tək-tək şəxsiyyətlərə nəsib olur, ən böyük şəxsiyyətlərsə tarix yaradırlar
Heydər Əliyev Azərbaycan xalqı üçün ümummilli lider, dünya üçünsə görkəmli ictimai-siyasi xadim və ümumbəşəri dəyərdir. Onun 1990-1993-cü illərdəki fəaliyyəti - öz xalqının milli azadlıq və müstəqillik uğrundakı mübarizəsinə qoşulması və faktiki olaraq müstəqillik uğrunda mübarizə hərəkatına rəhbərlik etməsi Azərbaycan dövlətçiliyinin və milli tariximizin parlaq səhifəsini təşkil edir. Xüsusən, 1993-cü ildə Azərbaycan dövlətçiliyinin çətin sınaqlar qarşısında dayandığı, məhvolma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Heydər Əliyev xalqın çağırışına səs vermiş, onun tələbi və dəstəyi ilə yenidən ölkə rəhbərliyinə qayıtmış və xüsusi qurtuluş missiyası həyata keçirərək, dövlətçiliyin XİLASKARINA çevrilmişdir.
Xalid İmanov
İş adamı, xeyriyyəçi vətənpərvər ziyalı