Toydan sonra hoteldə dünyasını dəyişən Bakı sakini yüksəkvəzifəli məmur imiş - YENİLƏNİB

Oğuzda hoteldə dünyasını dəyişən şəxs yüksəkvəzifəli məmur imiş.
Bu barədə “Qafqazinfo” yazıb. Qeyd olunub ki, Sübhan Quliyev əvvəllər xüsusi xidmət orqanlarında çalışıb. O, pensiyaya çıxdıqdan sonra, 2020-ci ildə Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib və dünənədək həmin vəzifəni icra edirmiş.
İlkin məlumata görə, S.Quliyev yüksək qan təzyiqindən əziyyət çəkirmiş və hadisə də qan təzyiqinin yüksəlməsi səbəbindən baş verib.
10:04
Oğuz rayonunda hoteldə ölüm hadisəsi baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən “Səma” hotelində qeydə alınıb.
Belə ki, Bakı şəhəri Yasamal rayon sakini, 1966-cı il təvəllüdlü Sübhan Ağakişi oğlu Quliyev bu gün səhər hoteldə ürək çatışmazlığından vəfat edib.
Məlumata görə, 57 yaşlı S.Quliyev Bakıdan Oğuza toy şənliyində iştirak etmək üçün gedib. Toydan çıxıb hotelə dönüb, burada özünü pis hiss edib. Gecə saatlarında ona təcili tibbi yardım çağırılaraq iynə də vurulub. Bu gün səhər isə hotel əməkdaşları onu otağında ölmüş vəziyyətdə aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.