Professional əməliyyatçı Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edildi
11-iyl, 10:22 121 GündəmƏdliyyə polkovniki Mirsaleh Seyidov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Ədliyyə Nazirinin müavini-Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilib. Bu təyinat Penitensiar xidmətin bütün əməkdaşlarının alqış və sevincinə səbəb oldu. Vaxtı ilə Penitensiar xidmətdə qulluq etmiş, hal-hazırda təqaüddə olan əməkdaşlar bu günlər biri-birilərinə zəng edirlər, sevinclərini bölüşürlər.
Ədliyyə polkovniki Mirsaleh Seyidov 25 ildir ki, Penitensiar xidmətdə qulluq edir. O, leytenant rütbəsindən başlayaraq polkovnik rütbəsinədək ən müxtəlif zabit vəzifələrində xidmət edib. O, bir şəxsiyyət kimi savadlı, xeyirxah, mədəni zabitdir. Onun fenomenal bacarığı, əməliyyat şəraitini incəliklərinə qədər zərgər dəqiqliyi ilə biliyi, istər xidmət etdiyi sahədə, istərsə də dövlətimizdə sabitliyin qorunmasında böyük əməyi var. Gündəlik gərgin xidməti belədir ki, sıravi əməkdaşlardan başlayaraq ən yüksək rütbəli və vəzifəli əməkdaşlara qədər günün hər vaxtı o, hamı üçün əlçatan vəzifəli şəxsdir. Cinayətkarlıqla mübarizədə ədliyyə polkovniki Mirsaleh Seyidovun müstəsna xidmətləri var. 2020-ci ilin 44 günlük Vətən müharibəsində ön cəbhədə döyüşən Müzəffər Ordumuza ədliyyə polkovniki Mirsaleh Seyidov şəxsən özü və ən yaxın dostlarını səfər edərək böyük yardım kampaniyası təşkil etmişdir. Ordumuzun ehtiyacı olan ən zəruri vasitələrlə təmin olunmasında çox fəal iştirak etmişdir. Şəhid ailələrinə, Qazilərə, Müharibə veteranlarına gündəlik qayğı və diqqət göstərmək ədliyyə polkovniki Mirsaleh Seyidovun böyük nəslinin bu gün də davam edən ənənəsidir, əqidəsidir, amalıdır.
Azərbaycan Pespublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə Şəhid ailələri, Qazilər, veteranlar adından ədliyyə polkovniki Mirsaleh Seyidovu Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi təyin etdiyinə görə sonsuz təşəkkürümüzü bildiririk.
“Azərbaycan bayrağı” ordenli,
müharibə veteranı
polkovnik Elmar Hüseynov