Faiq Sücəddinov: “Piano arxasında oturanda xoşbəxt oluram”
29-okt, 13:51 106 Gündəm / Siyasət“Faiq Sücəddinov canlı korifeydir. Azərbaycana xidmət edən görkəmli ziyalılarımızdandır. O, öz musiqisi ilə ruhumuzu oxşayır, əhvalımızı duruldur. Onun mahnılarını ölkənin ən tanınmış müğənniləri oxuyub. Onun mahnılarını hamı sevir...”
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Kaspi” qəzeti ilə birgə reallaşdırdığı “Məktəbdə” layihəsində qonaq olan Xalq artisti, Əməkdar İncəsənət xadimi, “Şöhrət” ordenli bəstəkar Faiq Sücəddinov məktəblilərə belə təqdim olundu. 42 saylı tam orta məktəbdə baş tutan görüş şagird və müəllimlərin yaddaşına həm də nəğməli, musiqili notları ilə yazıldı.
“İnsanın öz işini sevməsi xoşbəxtlikdir”
“Uzun illər Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində dərs demişəm. Türkiyədə də, Şimali Kiprin Doğu Akdeniz Universitetində də müəllim kimi çalışmışam”, - deyə qonaq həyat tarixçəsini vərəqlədi: “Kipr universitetlər ölkəsidir. Yeddi il Doğu Universitetində dərs dedim. 2004-cü ildə öz istəyimlə oradan ayrıldım. Oğlum orada universitetdə oxuyurdu. O diplom alan kimi mən də universitetdən ayrıldım. Bakı üçün darıxırdım. Sonradan yenə dəvət etdilər, daha getmək istəmədim. Bu gün dünya siz gənclərə açıqdır. Hara getsəniz “Məsləkiniz nədir?”, - deyə sizdən soruşacaqlar. Heç vaxt azərbaycanlı olduğunuzu unutmayın. Xaricdə oxumağa gedin, amma həmişə Azərbaycana dəstək olun. Valideynlərinizə və müəllimlərinizə hörmət edin, onları sevin. Mənim müəllimlərə böyük hörmətim var”.
Bəstəkar məktəblilərə sənət seçimində diqqətli olmalarını tövsiyə etdi: “Sevdiyiniz sənətin arxasınca gedin. İmtahanda balınız çatmadığı üçün sevmədiyiniz sahəni seçməyin, onda ömür boyu əziyyət çəkəcəksiniz. İnsanın öz işini sevməsi xoşbəxtlikdir”.
“Uşaqlar futbol oynayırdı, fikrim onların yanında qalırdı”
F.Sücəddinov uşaqlığını xatırlayaraq musiqiyə həvəsinin necə yaranmasından söhbət açdı: “Evimizdə paltartikən maşın vardı. Onun qapağını vurub çalırdım. Bir gün anam əlimdən tutub musiqi məktəbinə apardı. Təbii ki, darıxırdım. Uşaqlar küçədə futbol oynayırdılar, fikrim onların yanında qalırdı. Amma bilirdim ki, mənim həyatım budur. Sonra Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil oldum. Oranı bitirəndən sonra Xarici Dillər Universitetində oxudum. Nəhayət, musiqiyə olan həvəsim məni Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinə gətirdi. Böyük bəstəkar Qara Qarayevin sinfində oxudum. Uşaqlıqdan bəri musiqi həyatımın bir hissəsinə çevrildi. İndi də hər gün iki saat sənətimlə məşğul oluram. Yaradıcılıq elə işdir ki, onunla mütləq hər gün məşğul olmalısan ”.
“Xoşbəxt sənətkaram ki...”
F.Sücəddinovun mahnılarını ölkənin ən tanınmış və sevilən müğənniləri ifa edib. Bəstəkar buna görə özünü xoşbəxt hesab edir: “Xoşbəxt sənətkaram ki, Rəşid Behbudovla, Şövkət Ələkbərovayla, Gülağa Məmmədovla işləmişəm. Onlar çox maraqlı insanlar idi. Mahnılarım Flora Kərimova, Brilyant Dadaşova, Akif İslamzadə kimi sevilən müğənnilərin ifasında səslənib. 44 günlük müharibə vaxtı “Zəfər” simfonik poemasını yazdım. Bir il əvvəl “Şuşa” oratoriyasını bitirdim. Bunlar son işlərimdir. Yaradıcılıq davam edir...”
Şagirdlərdən biri “Məktəb illərinizi necə xatırlayırsınız? Necə şagird olmusunuz”, - deyə soruşdu. Bəstəkar “məktəb illərində bütün uşaqlar dalaşır, barışır, futbol, voleybol oynayır”, - deyə xatırladı: “Nizami” metro stansiyasından yuxarıda - Qubanov küçəsində yaşayırdıq. Ətrafda cürbəcür insanlar vardı. Biz öz həyatımızı yaşayırdıq. Kimsə pis hərəkət edəcəksə, onu təkrarlamaq yox, ondan qaçmaq lazımdır. Siz də öz yolunuzu tapmağa çalışmalı, öz həyatınızı qurmalısınız. Xoşbəxtlik öz əlinizdədir”.
“Xudayarın mahnısını eşitdim”
“Qarabağ müharibəsi və qazanılan böyük Zəfərin sizdə yaratdığı əhval-ruhiyyə necədir?” sualına “Cabir Novruzun “Vətəndən pay olmayır” şeirinə mahnı yazdım”, - deyə bəstəkar cavab verdi: “Mahnını Mübariz Tağıyev oxudu və böyük səs-küy yaratdı. Mahnıda “Vətəni sevmək azdır, onu qorumaq gərək” deyilir. Biz ingilis və ya fransız deyilik. Bizim öz dilimiz, öz mədəniyyətimiz var. Mən koronavirusa yoluxub bərk xəstələndim. “Neftçilər” xəstəxanasında müalicə alırdım. Onda televizorda Xudayarın mahnısını səsləndirdilər. Yüksək temperatur içərisində o mahnını ağlayaraq dinlədim. O mahnı Vətən idi. Mən də vətənpərvərlik mahnıları yazmışam. “Vətən balladası”, “Vətən harayı” və s. Çünki Vətənimi sevirəm. Həmişə bu sualı özümüzə verməliyik: ”Vətən sənin üçün yox, sən vətən üçün nə etmisən?” Hərəmiz öz işimizlə vətənə xidmət etməliyik. Azərbaycan Vətən müharibəsində böyük qələbə qazandı. Təbii ki, müharibədə şəhidlər olur. Onların qanı hesabına bizim torpaqlar işğaldan azad edildi. Mən cənab Prezidentlə dörd dəfə Şuşada olmuşam. Şuşa çox gözəldir. Siz də gedəcəksiniz, suyundan içəcəksiniz, havasını udacaqsınız...”.
“Göz yaşı axmadan necə yazmaq olar?”
“Bir mahnının populyar olması söz müəllifindən nə qədər asılıdır?” - deyə şagirdlərdən biri maraqlandı: “Bir dəfə Aviasiya Akademiyasının rektoru Arif Paşayev mənimlə söhbətində dedi ki, auditoriyaya girən müəllim eyni şeyi deməməlidir. Yaradıcı adam da işlədiyi əsərin mütləq şlyager olacağını düşünmür. Bu, onun ürəyinin bir parçasıdır. Gözəl şeir itməməlidir. Bəzən bir şeirə bir neçə bəstəkar mahnı yazır, amma onlardan biri qalır. Yaradıcı insan sevə-sevə yazmalıdır. Göz yaşı axmadan necə yazmaq olar? Bu, həyatdır”.
“Niyə uşaq mahnıları yazmırsınız?”- deyə sual ünvanlayan şagirdə bəstəkarın cavabı bu sahədəki problemi də gündəmə gətirdi: “Qabaqlar uşaq redaksiyası vardı. Mahnıları alırdılar, təbliğ edirdilər. “Bənövşə” ansamblı vardı. Uşaq verilişləri hazırlanırdı. İndi hara üçün yazaq?”
“İndiki musiqiçilərə qulaq asmayın”
“Bu gün gəncliyin musiqi zövqü sizi qane edirmi?” sualına cavab axtaran şagirdə bəstəkarın cavabı tövsiyə kimi səsləndi: “Musiqi zövqünü evdə valideyn formalaşdırır. Mənim oğlum hərbçidir, uşaqlıqda cazı sevirdi. Mən özüm də ifa edirdim. Onun musiqi zövqü beləcə formalaşdı. Siz də indiki musiqiçilərə qulaq asmayın, onlar sizin zövqünüzü korlayacaq. İndi nəyi təbliğ edirlərsə, camaat da ona qulaq asır. Siz onlardan yan keçin. Bizim yaxşı musiqilərimiz var, onları axtarıb tapın, dinləyin. Azərbaycanın çox zəngin mədəniyyəti, musiqisi var. Bizim muğamımızdan dünyanın heç yerində yoxdur. Zövqünüzü onların üzərində formalaşdırın”.
“Dünyanı sevgi idarə edir”
Faiq Sücəddinov piano arxasına keçərək mahnılar da ifa etdi: “Mən hər dəfə piano arxasında oturanda xoşbəxt oluram. Həmişə dərs deyəndə “Dünyanı sevgi idarə edir” deyirəm. Bu, Vətənə, millətə, sənətə olan sevgidir. Mən musiqi yazanda sevərək yazıram”.