BİLƏCƏRİ SAKİNLƏRİ “YAĞIŞDAN ÇIXIB YAĞMURA DÜŞÜBLƏR” – ŞİKAYƏT / FAKT


Zeferyolu.az redaksiyasına daxil olan şikayət ərizəsini olduğu kimi sizə təqdim edirik: Mən Mehdiyev Eduard Agaəli oğlu Binəqədi rayon Biləcəri qəsəbəsi Yəhya Hüseyinov 85 məzil 35 ünvanında yaşayıram. Yaşadığım ünvan çox mərtəbəli bina olduğundan tək mən deyildə bir neçə sakinlərin günü sözün əsl mənasında qara gəlib. Yaşayış binası 1962-ci ildə inşa edilsə də bu günə kimi binada təmir, abadlıq işləri görülməyib və hal-hazrda yaşayış binası bərbad vəziyyətdədir. Beş mərtəbəli yaşayış binasının dam örtüyü sınmış hətta güclü küləklərdə maşın və sakinlərin istifadə etdiyi yerə tökülmüşdür. Yağan yağış suları sakinlərin mənzlillərinə birbaşa axır evdə nəmişlikdən, rütubətdən xoşa gəlməz qoxular, bərbad görünuş yaranıb. Dəfələrcə evlərdə təmir, işləri aparsaqda hər yağan yağış çəkdiyimiz əziyyəti məhv edir. Bu vəziyyət haqda aşağıda qeyd edəcəyimiz ünvanlara məktub və teleqram şəkilli müraciətlər etməyimizə baxmayaraq  aldığımız cavab büdcədə pul yoxdur oldu. Dəfələrlə icra hakimiyyəti  və MKİS idarəsinə üz tutub Mehriban xanıma ünvanladığımız məktubda cavab olaraq binanın təmiri göstərişi verilib, əgər bu göstəriş verilibsə niyə gəlib təmir etmirsiz  cavabına, “Mehriban xanım deməklə deyil ki, büdcədə pul yoxdur” deyə kobud şəkildə bizə cavab verilib. Artıq bir neçə illərdir ki, yaşadığımız bu şərait evdə körpə uşaqların tənəffüs yollarında xəstəliyə bədəndə revmotizmaya səbəb olub. Biz artıq dərəcədə xahiş edirik qarşıdan gələn yağışlı-qarlı hava şəraitinə görə tez bir zamanda binanın dam örtüyünü lazımi qurumlar təmir etsinlər. Artıq səbrimiz tükənib kimə necə müraciət edek ki, bizidə Azərbaycan vətandaşı olaraq sayıb şikayətimizi həll etsinlər.


Jalə Ağakişiqızı
“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri



[media=https://www.youtube.com/shorts/v3PqRTaUmAI]