Azərbaycan POLİSİ Avropa POLİSİNƏ Nümünədir
17-noy, 14:13 123 Gündəm / CəmiyyətPolis gecə-gündüz xalqımızın və dövlətimizin keşiyindədir. Ölkəmizin ictimai-siyasi sabitliyini, insanlarımızın təhlükəsizliyini təmin edir. Vətəndaşlarımız gecə evində rahat yatanda, körpələrimiz beşiyində rahat uyuyanda polis əməkdaşları keşik çəkirlər, cinayətkarlığın qarşısını alırlar. Cinayət olan yerə polis gəlir, yanğın baş verərkən öz həyatlarını təhlükəyə atıb insanları xilas edir, köməyə ehtiyacı olanların qapısına ilk gedən polislər olur, yeməyini, cibinin pulunu belə küçədəki ehtiyacı olanlarla bölüşən də polis olur. Axı, necə polisi təhqir etmək, ona əşya atmaq olar? Polisi təhqir etmək, xidmətinə mane olmaq, ona xəsarət yetirmək məqsədilə əşyalar atmaq yolverilməzdir, qanunaziddir.
Ermənistanın hərbi təcavüzünə milli müqaviməti də ilk olaraq məhz polis orqanları təşkil ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə 1695 polis şəhid olub, 1710 polis isə yaralanıb. Ümumilikdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdikləri fədakarlığa, dinc əhalinin təhlükəsizliyinin təminatında, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən cəsarət göstərdiklərinə görə polis əməkdaşlarına Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı verilib, onlar “Azərbaycan Bayrağı” ordeni, müxtəlif orden və medallarla təltif ediliblər. Polislərimizin Vətən və xalq qarşısında xidmətlərini heç zaman unutmaq olmaz.
Polis gecə-gündüz xalqımızın və dövlətimizin keşiyindədir. Ölkəmizin ictimai-siyasi sabitliyini, insanlarımızın təhlükəsizliyini təmin edir. Vətəndaşlarımız gecə evində rahat yatanda, körpələrimiz beşiyində rahat uyuyanda polis əməkdaşları keşik çəkirlər, cinayətkarlığın qarşısını alırlar. Cinayət olan yerə polis gəlir, yanğın baş verərkən öz həyatlarını təhlükəyə atıb insanları xilas edir, köməyə ehtiyacı olanların qapısına ilk gedən polislər olur, yeməyini, cibinin pulunu belə küçədəki ehtiyacı olanlarla bölüşən də polis olur. Axı, necə polisi təhqir etmək, ona əşya atmaq olar? Polisi təhqir etmək, xidmətinə mane olmaq, ona xəsarət yetirmək məqsədilə əşyalar atmaq yolverilməzdir, qanunaziddir.
Ermənistanın hərbi təcavüzünə milli müqaviməti də ilk olaraq məhz polis orqanları təşkil ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə 1695 polis şəhid olub, 1710 polis isə yaralanıb. Ümumilikdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdikləri fədakarlığa, dinc əhalinin təhlükəsizliyinin təminatında, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən cəsarət göstərdiklərinə görə polis əməkdaşlarına Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı verilib, onlar “Azərbaycan Bayrağı” ordeni, müxtəlif orden və medallarla təltif ediliblər. Polislərimizin Vətən və xalq qarşısında xidmətlərini heç zaman unutmaq olmaz.
İsmayıl Zalov
“Zalov İMZA TV ALYANS” Rəhbəri, beynəlxalq hüquq eksperti,
İsrail Azərbaycan Şah-Dağ təşkilatının Azərbaycan üzrə rəsmi nümayəndəsi