İlham Əliyev: “Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib”
21-noy, 11:01 156 Gündəm / Siyasət / DünyaAZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində əksini tapıb.
Müraciətdə Fransanın fəal surətdə məşğul olduğu qul ticarətinin insanlığın ən utancverici səhifələrindən birini təşkil etdiyini, milyonlarla afrikalının Fransanın qul siyasətinin qurbanı olduğunu xüsusi vurğulayan Prezident İlham Əliyev qeyd edib:
“Mən Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə faktlarla sadalamışam. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d’İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib. Fransa, eyni zamanda, 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün öldürülməsinə görə birbaşa məsuliyyət daşıyır”.