2024-cü ildə Şuşada kütləvi idman tədbirləri keçiriləcək
23-yan, 16:58 93 Gündəm / CəmiyyətŞuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı kütləvi idman tədbirləri keçiriləcək.
Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.
Bununla bağlı Gənclər və İdman Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırıq verilib.