Dörd ay komada qalan hərbiçimiz şəhid olub

19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komaya düşən hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub.
APA-nın məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Hacıəli Tahir oğlu Qasımovdur.
Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhid Hacıəli Qasımovun doğulduğu kəndə dəfn ediləcək.