Sonsuz intellektin təzahürləri
19-fev, 11:15 117 Gündəm / Cəmiyyət“ŞUŞA və MƏN” layihəsində
DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI KİTABI
(Sənədli, publisistik roman)
YAŞADAN YAŞAYIR...
Rəhbərlik etmək, adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun...
H.Əliyev
Yaxşı idarəçiliyin ölçüsü xalqı məmnun etməyi bacarmaq, xalqa üz göstərmək, onunla yaxşı davranmağı bacarmaqdı.
S.Dəmirəl
Bu dünyada insana yaşamaq haqqı verən Böyük Yaradan hər kəsin yolunun üstünə sınaqlardan keçmək üçün çətinliklər çıxarır. Çiyninə ömür boyu daşımalı olacağı bir yük qoyur, insan ağlına, əqlinə, təfəkkürünə və gücünə görə həyatı boyu bu yükü bir məqsəd, amal yolunda çəkməli olur...
Tanrının taleyinə bəxş etdiyi hər hansı bir yükü - missiyanı qisməti kimi qəbul edən insan da ömrünə bəxş olunmuş yaşam haqqına "xoş gəldin" deyib, üzünə açılan dünyanın içindən keçərək həyatım yaşamağa başlayır. Yıxıla-büdrəyə addımlarım bərkidib arzularına doğru yol alır.Güclü xarakterə, bütöv əqidəyə malik olan xeyirxah, nəcib və humanist insan bu dünyaya gəlişinin ictimai mənasını dərk edincə ona verilən ömrün qədrini bilir, onu daha mənalı və geniş anlamda yaşamağa qərar verir. O zaman insan kiçik ailə cəmiyyətindən başlamış ölkə həcmində faydali işlər görmək missiyasım daşımalı olduğunun da fərqinə varır! Bu fürsətdən ictimai mövqeyinə, zəkasına və gücünə görə çalışmağı, faydalı işlər görməyi özünə borc bilir. Şübhəsiz, bunlar vətən və xalq qarşısında vətəndaşlıq məsuliyyətini dərk edən, insansevərlik duyğularının coşub-daşdığı qəlb sahiblərində özünü daha böyük anlamda büruzə verir! Uzun illər apardığım müşahidələrimə görə, bu yükü, məqsəd və amalı intəhasız bir sevgi, istəklə daşıyan, vətəninə, dövlətinə, xalqma can-başla xidmət edən şəxsiyyətlərdən öndə olan Azərbaycan Respublikasının prezidenti, Vətəninin dəmir yumruqhı oğlu, ümummilli liderin layiqli varisi İlham Heydər oğlu Əliyevdir! Bir aforizmi xatırlayıram bu məqamda, rəhbərlik etmək istəyənin ümumi-mədəni səviyyəsi olmalıdır. Məsələn, Makedoniyalı İskəndərin bütün qələbələrinin özülündə müəllimi, ustadı Aristoteli görürük! Bəli, hər bir dahi şəxsiyyət üç əsas mükafatla milyonlardan seçilir, tanrının fitrəti, tanrının xeyir duası və ona hədiyyə olaraq verilən ustadla İ.Əliyev ən xoşbəxt tale sahiblərindən biridi, həm də ona görə, onun xəmiri bu böyük ustadın - H Əliyevin qanı, geni ilə yoğrulub. O, öz həyat məktəbinin qırmızı vəsiqəsini müdrik əqlin, dəmir biləyin imzaladığı ünvandan götürüb. Özünün söylədiyi kimi "Mən fəxr edirəm ki, H.Əliyevin oğluyam!" Dövlətin qüdrət və müqəddəsliyi ilk növbədə, ədalətin durmadan həyata keçirilməsi ilə bağlıdır, idarəçilik bacarığının ən üstün cəhətlərindən biri ən vacibi, ədalətin öndə getməsi, bərpası və mövcudluğudur. Bu İ.Əliyev idarəçiliyinin pik nöqtəsidir.
İ.Əliyev genişəhatəli fəaliyyətini qəlbinin səsi, ürəyinin saflığı, təfəkkürünün işığı, istiqanlıhğı, nəzakəti, xeyirxahlığı ilə həyata keçirir. Bunlar onun həyat yolunu aydınlaşdıran keyfiyyətlər sırasındadır. Bütün mərhələlərdə görülən işləri böyük həssaslıqla, ən kiçik detallarına qədər izlənməsi, bütün proseslərin içərisində olması İ.Əliyevin özəlliklərə qadir olduğunun aydın göstərcəsidir. Onun genişəhatəli fəaliyyəti, tarixdə yaşanmış, iz qoymuş tarixi şəxsiyyətlərin ibrətamiz həyatının, missiyasının yeni anlamda davam etdirilməsidi.
Qızıl hərflərlə tarixə yazılan 44 günlük vətən müharibəsinə ekskurs; Amerika mütəfəkkiri və natiqi Deyil Komegi özünün dünya şöhrətli bessellerindən biri olan “liderə necə çevrilməli” kitabında yazır: Siyasətçi insanlara təsir etmək üçün 12 qaydadan ustalıqla istifadə etməyi bacarmalıdır.
1. Mübahisədə qalib gəlmək istəyirsənsə, rəqibinin əleyhinə çıxma.
2. Müsahibinin fikirlərinə hörmətlə yanaş və səhvlərini üzə vurma, öz səhvini başa düşdükdə bunu səmimiyyətlə etiraf et, bəzən də söhbət etməyə çalış.
3. Hikkə və qəzəbə yol vermədən müsahibindən müsbət cavablar qoparmağa cəhd elə. Yanındakının danışmağına imkan ver. Öz fikirlərini ona zorla qəbul elətdirməyə çalışma!
4. Heç kəslə bağlı tərəfkeşlik etmə.
5. Müsahibinin dərdlərinə şərik olmağa çalış.
6. Öz ehtiras və duyğularım nəzarət altında saxla.
7. Qarşındakı nın həm gözünə, həm də düşüncələrinə nüfuz etməyə çalış!
8. Öz əsas fikrini hiss olunmadan ona təlqin etməyə səy göstər!
Bu qızıl qaydaları, öz təcrübəsində ortaya qoyan Ali Baş Komandan göz önündə təxminən 40 ölkədən qəbul edilən, yarıdan çoxu qərəzli, kəskin, qeyri səmimi yanaş- malan ilə İ.Əliyevi öz məcrasından çıxarmağa çalışan öz ölkələrinin güzgüsü olan mətbuat nümayəndələri qarşısında xarizması, bədən dili, jestləri ilə belə kim olduğunu sübut edən sonsuz intellekt sahibi İ.Əliyevi canlandırıram!
Düşünürəm ki, İ.Əliyevin iri miqyaslı, nəhəng fəaliyyətindən necə bir ürəklə bəhs etsək də, vətən və xalqı üçün, gördüyü işləri - layihələri, proqramları bir məqalədə saymaqla, nə də yazmaqla başa çatdırmaq mümkün deyil. Biz sadəcə, xalqın xidmətində dayanaraq ona böyük məsuliyyət və sevgi ilə yanaşan, onun rifah halının yaxşılaşmasına dəstək olan, köməyə, dada çatan bir şəxsiyyətin, böyük ürək sahibinin canfəşanlıqla çalışmalarından, uğurlarından riqqətə gələrək haqqmda söz deməyə ruhlanırıq. Əslində bu cəsarət milli dəyərlərə yeni ənənələr yazdıran, xalqa sevgi ilə xidmət edən şəxsiyyətə sonsuz saygılanmızı bildirmək istəyimizdən irəli gəlir! Xalq, el, Vətən üçün çalışan, millətinin hər bir insanından ötrü yanan, vətənin sabahı naminə çalışanları, həyatda izini qoyan sevir, onu öz köynəyinin içindən keçirərək doğması, əzizi edir. Təbii ki, onun işıqlı əməllərindən əxz etdiyimiz ıbrətamizliyi, mənəvi keyfiyyətləri, bu gün dünyanın həsəd apardığı sonsuz intellektini formalaşdıran amillər var və bunlar yeniyetmə çağlarından xarakterində zaman-zaman formalaşaraq onun həqiqi obrazına bir mükəmməllik gətirmişdir. Bu əsillikdir. Əsillik də, necabət də, ailədən-kökdən, nəsildən gəlir. Yüksək mədəniyyətin, ziyalılığın, kübarlığın mayası gendən, damarlarda axan qandan yaranır.
Bu doğallıq Azərbaycanın Prezidenti, Ali Baş Komandnı İ.Əliyevin timsalında fenomenal biliyə sahib olan bir insanın şəxsiyyətində böyük məna kəsb edir. Mənsub olduğun xalqın mənəvi atası, övladı, dayağı ümid yeri olmaq daha məsuliyyətli, daha şərəflidir. Necə böyük ürəyə sahib olasan ki, xalqın sənə həvalə etdiyi bu missiyanı yorulmadan, məhəbbətlə, intəhasiz sevgi, sevginin bir ucuna qayğı, bir ucuna diqqət qoyaraq mərdanə daşıya biləsən, üstəlik bu imkandan yararlanaraq vətən və xalq üçün çalışmaların yeni-yeni yollarım arayasan...
Prezident statusunu daşımağı xalq verir, öz inam bəslədiyi insana. Ali Baş Komandan statusunu daşımaq haqqını isə İ.Əliyevə tale özü müəyyən etdi:
Bu şərəfli adı həqiqi mənada mənəvi-əxlaqi dəyərlərin ucalığında qazana bilmək haqqı, əlbəttə, onun milli ruhu ideologiyaya, azərbaycanlıhq ənənəsinə bağlı olması ilə xarakterizə olunur. Bu gün 44 günlük müharibə sübut etdi ki, İ.Əliyev qalıb ölkənin qalıb Ali Baş Komandanıdır, o bu statusda ilkindi, əvəzsizdi, bənzərsizdi. Onun bu şərəfli qələbədən sonra H.Əliyevin məzarı üstündə fəxarət hissi ilə söylədiyi bir ifadəyə kövrəlməmək olmur:
"Ay ata, mən sənin vəsiyyətini yerinə yetirdim, Qarabağ azaddı, Şuşa özümüzə qayıtdı!
Hörmətlə,
Hürü Hacızadə
Yazıçı-publisist
Fərid Faiqoğlu
AJB-nin üzvü