İsrailin Qəzzada müharibəyə sərf etdiyi vəsait açıqlanıb


İsrail Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlara təxminən 65 milyard dollar vəsait xərcləyib.
Bu açıqlama ilə Knessetin vitse-spikeri, “Bizim evimiz İsrail” partiyasından olan deputat Yevgeni Sova çıxış edib.
O qeyd edib ki, İsrail hökuməti hərbi əməliyyatlara xərclədiyi vəsaiti büdcə kəsirini artırmaqla doldurmağı planlaşdırır.
Xatırladaq ki, ötən il oktyabrın 7-də Fələstinin radikal HƏMAS qrupu İsrailin cənubuna hücum edib və bu hücum nəticəsində 1 200-dən çox israilli qətlə yetirilib.
İsrail rəsmiləri bildiriblər ki, öldürülənlərin əksəriyyəti mülki şəxslərdir. HƏMAS həmin hücumda 240-dan çox israillini girov götürüb.
İsrail hökuməti bu gözlənilməz hücuma cavab olaraq ölkədə müharibə vəziyyəti elan edib və Qəzzada HƏMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatına başlayıb, anklava hava zərbələri endirib.
24 oktyabrdan etibarən İsrail Qəzzada yerüstü hərbi əməliyyatlara başlayıb.
Mənbə: İzvestiya