Polisdən ƏMƏLİYYAT: Tüfənglər və qumbara təhvil götürüldü
24-mar, 13:38 137 Gündəm / KriminalPolis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, martın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında üç ədəd tüfəng və bir ədəd qumbara təhvil götürüblər.