Körpə Hüseyn yardımsevər şəxslərin dəstəyinə möhtacdır: Müalicə üçün 600 manat lazımdır
26-mar, 15:51 85 Gündəm / CəmiyyətBu barədə Oxu.Az-a onun anası Aidə Qədirova məlumat verib.
Gənc ana övladının anadangəlmə beta-talassemiya xəstəliyindən əziyyət çəkdiyini deyib.
“Hüseynin iki yaşı var, bu iki ildə əlimizdən gələn qədər müalicə etmişik. Həkimlər ilik köçürməyi məsləhət görsələr də, buna nə imkanımız çatır, nə də donorumuz var”.
Aidə Qədirova övladının ilkin müalicəsi üçün 600 manata ehtiyacları olduğunu deyib.
“Hüseyn mənim tək övladımdır, özüm evdar qadınam, yoldaşım ofisiant işləyir. Hazırda müalicənin ilk mərhələsi üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 897-74-17
“Bank Respublika”: 4244 4848 4745 3838