Bakıda qadın avtobusdan yıxılıb öldü
22-may, 13:51 164 Gündəm / Kriminal![](/uploads/posts/2024-05/1716371174_20.jpg)
Sarvan Məhərrəmovun idarə etdiyi “Daewoo” markalı marşrut avtobusunda olan sərnişin 1964-cü il təvəllüdlü Tamella Nadir qızı Cəfərova nəqliyyat vasitəsi hərəkətdə olarkən açıq qalmış qapıdan yıxılıb. O, avtobusun ön giriş qapısından təkərin altına düşüb və aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.