XALQIN ADAMI və ya ƏSL VƏTƏNDAŞ MÖVQEYİ

     

Məhdud dairədə də cəmiyyətdə də ovqat və dinamika yaradan insanlar zamanın nəbzini tənzimləyir. Onlarsız zaman anlamını itirər, meyarlar isə nəhayətsizlik vakumunda it-bata duşər. Dunyada və  Azərbaycanda  nizam ona görə pozulmur ki,  zamanın nəbzini tənzimləyən insanlar var. Elə insanlar az olsa da hər halda var, mövcuddu. Onlardan birini də biz tanıyırıq, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar Bərxudarovdan danışarkən tərcumeyi-halında diqqəti çəkən ilk məqam insan üçün gərəkən elmin, savadın üstünlüklərindən yararlanaraq cəmiyyətdə mövqeyini müəyyənləşdirə bilməyin şahidi olursan. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar Bərxudarov elminin və savadının üstünlüklərindən yararlanaraq, vətəninə, dövlətinə nə qədər sıx bağlılığını subuta yetirmiş, elm ocağı olan Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru vəzifəsi verilmişdir.  

Ola bilməz ki, İlahidən olan zəhmətkeşlik və intellekt zamanın burulğanında əriyib itsin. Əgər özün-özünü, seçdiyin peşəni dəyərləndirirsənsə bu nəticəsini göstərməlidi. Bütün bunlar ona görə sadalanmır ki, Bərxudar Bərxudarovun haralarda işləməsi qabardılsın, əsla yox, əksinə hüquqşunas və insan ömrünün vəhdətindən yaranan məntiqi uğurların açması üçündür bütün bunlar. Cənab nazir, Emin Əmrullayev nazir kimi fəaliyyət göstərdiyi andan ölkə vətəndaşları bu sistemin fəaliyyətindən əziyyət çəkmir. Bu bir təcrübəli media mənsubu olaraq qənaətimdi. Onun idarəçiliyi vətənə, xalqa sədaqət elementləri üzərində aparılır. Cənab nazir rəhbərlik etdiyi qurumun böyük rütbəlilərindən tutmuş ən sadə qulluqçularına qədər vətən və xalq qarşısında olan xidməti əsas missiya, meyar olaraq görməyi tələb edir. Bərxudar Bərxudarov peşəkarlığı və vətənə sədaqəti ilə bu sıralamaya yetişə bildi. Öz peşəsinə sevgi, sədaqət, sayqı, etibar, ehtiram bağlılığı ilə yaşayanları seçir zaman. Çünki zamanın nəbzi normal vursun deyə... İnsanlar rahatlığa qovuşsun deyə... Təhsil işçisi olaraq  ədalətli insan kimi əməlləri Bərxudar Bərxudarovun vizit vərəqinin son həddi... deyil. Qarşıda bizləri və Şirvanlıları Bərxudar müəllimin, peşəsinin daha axarıncı missiyası gözləyir. O, həm də çox dərdlərin dərdinə yararlı olmağa gedir. Və... Dünya bu cür insanların çiyni üzərində dayanıqlıdı, duruş gətirir. Əgər belə olmasaydı dünya məhvərindən qopardı... 

Xalqın adamı olmayanda yetim qalir məmləkət... Qədim yunan filosofları o insani kişilikdə yüksək sayırdılar ki, savadlı, mərd, cəsarətli, əyilməz və ən əsası ədalətli olsun. İndi ədalətlilik fenomenal və unikal hadisə sayılır. Üstəlik də buna istər rəsmi, istər qeyri-rəsmi səviyyədə qısqanclıqla yanaşılır. Həyat üçün; onu tanıyanlar bir ağızdan belə söyləyir; “Человек сделовщий сам себя”, yəni özü-özünü insan etmiş gözəl peşəkar, vətənpərvər insan... 

Elm və təhsil sahəsində, kütləvi tədbirlər zamanı, əsasəndə şəhid tədbirlərində xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan vətəndaşı Sizə minnətdardır. 

Vətən, dövlət, xalq öz etibarlı adamını tanıyır, ona doğmalıq hissi ilə yanaşmağı bacarır və ondan çox şey istəyir. Çünki, bu bir etibar nümunəsidir. Həmişə dövlətin, millətin, xalqın etibarını qazanan olun. Qələbələriniz bol olsun, hörmətli BƏRXUDAR müəllim.


Hazırladı:

Seyid Çingiz Mahmudov

Baş direktor