Premyer Liqada günün oyunları premyer-liqada-gunun-oyunlari

Azərbaycan Premyer Liqasında bu gün X turun daha iki görüşü baş tutacaq.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə "Şamaxı" öz stadionunda "Araz-Naxçıvan"ı qəbul edəcək.
Şamaxı şəhər stadionunda, saat 15:30-da keçiriləcək qarşılaşmanı Fərid Hacıyev idarə edəcək. Bölgənin eyniadlı təmsilçisi hazırda 12 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. Üçüncü yerdə olan Naxçıvan komandasının 17 xalı var.
"Səbail" komandası səfərdə "Neftçi"nin qonağı olacaq. "Neftçi" Arena"da saat 18:00-da keçiriləcək görüşün baş hakimi Rauf Cabarov olacaq. "Səbail" 7 xalla yeddinci yerdə qərarlaşıbsa, doqquzuncu pillədə olan Samir Abasovun komandası 5 xala malikdir.
Azərbaycan Premyer Liqası
II dövrə, X tur
19 oktyabr
15:30. “Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev;
VAR: Nicat İsmayıllı;
AVAR: Akif Əmirəli;
Hakim-inspektor: Feyzulla Feyzullayev;
AFFA nümayəndəsi: Elgiz Abbasov;
Şamaxı şəhər stadionu.
18:00. “Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov;
VAR: Əliyar Ağayev;
AVAR: Zeynal Zeynalov;
Hakim-inspektor: Orxan Məmmədov;
AFFA nümayəndəsi: Seymur Səlimli;
“Neftçi Arena”.
Qeyd edək ki, turun ötən gün "Kəpəz" - "Qarabağ" görüşündə Ağdam təmsilçisi 5:0 hesabı ilə qələbə qazanıb.