Hörmətli 123 saylı Kəlbəcər seçki Dairəsinin seçiciləri
14-avq, 16:33 94 Gündəm / CəmiyyətYəqin ki, sizin hər biriniz o haqda məlumata maliksiniz ki, bu ilin 28 iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları, ölkə Konstitusiyasının 981‑ci maddəsinin I hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq, VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzaladı.
Qeyd edək ki, Sərəncam imzalandığı gündən VI çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxıldı və Milli Məclisə növbədənkənar seçkilərin - VII çağırış üzvlərinin seçilməsi 01 sentyabr 2024-cü il tarixə təyin olundu. Əslində Milli Məclisə növbəti seçkilər bu ilin noyabr ayında keçirilməli idi. Xatırladaq ki, ölkəmizdə Milli Məclisə seçkilər mojaritar seçki sistemi əsasında 125 seçki dairəsi üzrə keçiriləcək və seçki dairələri üzrə 6319 seçki məntəqəsi var. Qeyd edək ki, seçki məntəqələrinin 26-ı işğaldan azad olunmuş ərazilərdə yerləşir. Bundan əlavə, 1 sentyabr 2024-cü il tarixdə keçiriləcək parlament seçkilərində 20-dən çox siyasi partiya, məhz seçkilərdə öz namizədləri ilə iştirak edəcəklərini bəyan ediblər. Bu gün çox sevindirici haldır ki, növbədənkənar parlament seçkiləri Azərbaycan Respublikasının bütün ərazisi hüdudlarında keçiriləcək. Bunun üçün biz ilk növbədə otuz illik torpaq həsrətinə son qoyan qəhrəman Ordumuza, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarına və bu işdə əməyi keçən hər kəsə minnətdar olmalıyıq. Bundan əlavə, itirilmiş torpaqlarımızın geri qaytarılması zamanı həyata keçirilən döyüş əməliyyatlarında iştirak edib, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ölməz ruhu qarşısında baş əyirik, həmçinin bu yolda sağlamlığını itirən qazilərimizə isə sağlamlıq diləyirik. Faktdır ki, itirilmiş torpaqlarımız geri qaytarılıb və biz “məğlub xalq” adını üstümüzdən götürmüşük. Bunun özü, həm də bir şərəf məsələsi idi.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərinin 01 sentyabrda keçirilməsi tam qanunauyğundur. Digər tərəfdən, hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP 29)" noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək. Hal-hazırda dünyanın 198 ölkəsi COP-da təmsil olunurlar. Belə bir səbəbdən də, ölkəmizdə keçiriləcək və dünyanın ən mötəbər tədbirlərindən biri hesab olunan COP 29 ilə bağlı seçkilər iki ay müddətinə irəli çəkildi. 11- 24 noyabr tarixlərində Bakıda keçiriləcək konfrans çərçivəsində dünyanın ayrı-ayrı ölkələrindən təxminən 80-100 min nəfərə qədər nümayəndə heyətinin gəlməsi gözlənilir. Nəzərə alsaq ki, Avropa Oyunları keçirilən zaman ölkəmizdə təqribən 8 min nəfərə yaxın qonaq iştirak etmişdi. Belə bir səbəbdən də, COP 29 tədbiri ölkəmizin tarixində keçiriləcək ən böyük tədbir hesab olunacaq və Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi, məhz ölkəmizə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər də qazandıracaq.
Hörmətli seçicilər!
Artıq növbədənkənar parlament seçkilərinin keçiriləcəyi günə iki həftədən bir qədər çox vaxt qalıb. Qeyd etmək yerinə düşər ki, seçki prosesi ilə bağlı yaradılmış münbit şəraitin varlığı, bu gün özünü millət vəkili görmək istəyən hər kəs üçün lazımi imkanlar yaradıb. Belə bir səbəbdən də, 125 seçki dairəsinin hər birində bir neçə nəfər qeydiyyatdan keçmiş və onlar seçki marafonuna qoşulmuşlar. Belə şəxslərdən biri də, 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi qeydə alınan Mirzəyev Xalid Nəriman oğludur. Qeyd edək ki, Xalid Mirzəyev 01 oktyabr 1974-cü ildə Kəlbəcər rayonunun Qaraçanlı kəndində dünyaya göz açır və o, orta təhsilini doğulub boya-başa çatdığı kənd orta məktəbində başa vurur. 1993-cü ildə Ural İqtisad Kollecinin Bakı filialında- Bank Əməliyyatı və Mühasibat Uçotu fakültəsinə daxil olan Xalid Mirzəyev, 1996-ci ildə bu təhsil müəssisəsində təhsilini uğurla başa vurub, 1994 -cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatika fakültəsinə daxil olur. 2000-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vuran Xalid Mirzəyev, ilk əmək fəaliyyətinə 2001-ci ildə "Azersun Holding" MMC-nin Teksun yağ zavodunda avtomatika müdirinin müavini vəzifəsini daşımaqla başlayır. O, 2004- 2006-cı illərdə "AZƏRGLASS" şüşə zavodunda istehsalat müdiri vəzifəsini daşıyır. 2006- 2011-ci illərdə isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayır. 2011- 2015-ci illərdə “Azərsu” ASC-də Təchizat şöbəsinin müdiri vəzifəsini, 2016 – 2019-ci illərdə "Polymart" şirkətində satınalma, satış şöbəsinin müdiri və korporativ müştərilər üzrə baş mütəxəssis vəzifəsində çalışır. 2022-ci ildən isə, "AZTEXKOMP" şirkətinin direktoru vəzifəsini daşımaqdadır. Bütün bunlardan əlavə, bu şəxs həm də 2023-cü ildə möhtərəm Prezidentin çağırışı əsasında yaradılmış “İnkişafa Dəstək-2023” Ictimai Nəzarət Cəmiyyətinin sədri vəzifəsində də çalışır. Qeyd edək ki, “İnkişafa Dəstək-2023” İctimai Nəzarət Cəmiyyəti fəaliyyətə başladığı ilk günlərdən indiyə kimi, ölkəmizin ayrı-ayrı şəhər və rayonlarında, o cümlədən Yevlax, Bərdə, Mingəçevir, Tərtər, Ağcabədi və s. ərazilərdə neçə-neçə imkansız ailələrə müxtəlif yardımar, o cümlədən ərzaq, yay-qış mövsümünə uyğun geyim formaları çatdırmışdır. Hətta, elə ailələr olub ki, onlar ünvanlı sosial yardım almaq məqsədilə müraciət etsələr də, həmin ailələrin bu yöndə istəkləri təmin olmayıb. Çox keçməyib ki, belə bir problemə Xaliq müəllim öz dəstəyini ifadə edib və həm bu şəxsin, həm də şəhər-rayon icra hakimiyyəti sturukturlarında çalışan rəhbər şəxslərin göstərdikləri dəstək hesabına, həmin ailələrin ünvanlı sosial yardım əldə etmək problemləri aradan qaldırılmışdır.
Bir faktı da qeyd edək ki, Xalid Mirzəyev 20 yaşından bir çox ölkələrdə olur və o, dövlət tədbirləri ilə bağlı təşkil olunan müxtəlif məzmunlu sərgilərdə iştirak edir. Bu şəxsin ilk olduğu xarici ölkə Ukrayna dövləti olur. Bundan əlavə o, dəfələrlə Türkiyənin İstanbul şəhərində müxtəlif işlərlə əlaqədar düzənlənən görüşlərdə olur, Trabzon, İzmir, Rizə və s. kimi şəhərlərdə keçirilən əhəmiyyətli sərgilərdə iştirak edir. Dəfələrlə Tehranda və Təbrizdə keçirilən rəsmi görüşlərdə, zavod rəhbərləri il keçirilən görüşlərdə, hətta dövlət səviyyəsində təşkil olunan sərgilərdə də iştirak edir. Xalid Mirzəyev Tblisidə təşkil olunan rəsmi və qeyri-rəsmi görüşlərin də iştirakçısı olur. Qazaxıstanda, Özbəkistanda, Qətərdə, Polşada, ayrı-ayrı Ərəb ölkələrində, Ciddə, Məkkə və Mədinə şəhərlərində olan bu şəxsin həyat yolları, həqiqətən də diqqəti cəlbedəndir. Bütün bunlar onu söyləməyə əsas verir ki, Xalid Mirzəyev heç də sıradan bir şəxs deyil. Bir sözlə, bu şəxs ölkəmizin ictimai-siyasi həyatında fəal vətəndaş mövqeyi ilə tanınan və seçilən parlaq simalardan biridir. 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi qeydə alınan bu şəxs, hal-hazırda Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçiciləri arasında təbliğat və təşviqat işləri aparmaqla məşğul olur. Ümumi müşahidələr isə onu göstərir ki, bu seçki Dairəsində ən şanslı namizəd Xalid Mirzəyevdir. Söz yox ki, bu şəxsin digər namizədlərə nisbətən daha yüksək reytinqə malik olmasına əsas verən səbəblərdən biri də, Xalid müəllimin parlaq keçmişə sahib olmasıdır. Yəni, bunu seçicilərlə keçirilən görüşlərdən, seçicilərin bu şəxsə səs verəcəklərini dilə gətirmələrindən və s. müəyyən etmək olur. Bütün bunlar onu göstərir ki, 1 sentyabr günü 123 saylı Kəlbəcər Seçki Dairəsi ərazisinin seçiciləri düzgün seçimlərini edib, məhz öz səslərini Xalid Mirzəyevə verəcəklər.
Hörmətli seçicilər!
Siz Xalid Mirzəyevə səs verməklə haqqa, ədalətə səs vermiş olacaqsınız! Odur ki, seçki günü seçki məntəqələrinə gedin və 123 saylı Kəlbəcər Seçki Dairəsinin ən şanslı namizədi Mirzəyev Xalid Nəriman oğluna səs verməyi unutmayın! Xalid Mirzəyevə səs verin ki, səsiniz hər zaman Milli Məclisdə eşidilsin!