Xırdalan şəhər B.Y.Cəfərov adına 3 nömrəli məktəb-liseyində “Erkən nikahlar və qohum evliliklərinin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
31-okt, 19:02 94 Gündəm / Cəmiyyət30 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı “Bakı ASAN xidmət” mərkəzində Ədliyyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən Xırdalan şəhər B.Y.Cəfərov adına 3 nömrəli məktəb-liseyində “Erkən nikahlar və qohum evliliklərinin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə qeydiyyat şöbəsinin rəisi- kiçik ədliyyə müşaviri Gültən Abdullayeva, şöbənin aparıcı məsləhətçisi- III dərəcəli ədliyyə qulluqçusu Səkinə Həsənzadə və şöbənin digər əməkdaşları Rövşanə İsrəfilova, Səmra Əskərova, məktəb-liseyin direktoru Sevinc Məmmədəliyeva, direktor muavini Jalə Məmişova, məktəbin müəllim heyəti və yuxarı sinif şagirdləri iştirak etmişdir.
Görüşdə yaxın qohumlar arasında və erkən yaşda bağlanan nikahların yarada biləcəyi nəticələr geniş formada təhlil edilmiş, qeydiyyat şöbəsinin rəisi Gültən Abdullayeva tərəfindən Azərbaycan Respublikasının Ailə, Cinayət və İnzibati xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 28 iyun 2024-cü il tarixli 1198-VI QD nömrəli qanunu və bu qanunun tətbiqi barədə ölkə başçısının 23 iyul 2024-cü il tarixli Fərmanından irəli gələn tapşırıqların icrası barədə çıxış edilmişdir.
Qohum evlilikləri və erkən nikahların arzu olunmaz nəticələri barədə tədbir iştirakçıları arasında geniş diskussiya keçirilmiş, beynəlxalq təcrübəyə əsaslanan müxtəlif nümunələr göstərilmiş və şagirdlərin sualları ətraflı olaraq cavablandırılmışdır.
Tədbir təşkilatçıları tərəfindən müasir dövrdə təhsilin önəmi barədə gənclərə tövsiyyələr verilmiş, “Təhsil inkişafın göstəricisidir” devizinə müvafiq olaraq, sağlam, möhkəm və xoşbəxt ailələrin qurulması üçün təhsilin zəruriliyi vurğulanmışdır.
Tədbirin sonunda şagirdlərə, Ədliyyə Nazirliyi tərəfindən tərtib edilmiş “Qan qohumları arasında nikahın fəsadları” barədə məlumatların əks olunduğu broşüralar təqdim olunmuş və xatirə şəkilləri çəkilmişdir.