8 noyabr şanlı Zəfər günüdür
09-noy, 13:23 168 Gündəm / CəmiyyətAzərbaycan tarixinin ən şanlı və şərəfli günlərini yaşayır. Bəli, xalqımız 30 ildən bəri səbirsizliklə gözlədiyi böyük qələbənin sevinci içərisindədir. Dövlət başçısı cənab İlham Əliyevin Ali Baş komandanlığı ilə Azərbaycan Ordusunun 30 illik işğala son qoyaraq müqəddəs torpağımızı azad etməsi hər birimizə qürur yaşatdı. Bu qələbə xalqımızı bütövləşdirdi, daha da mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi.
Bu gün böyükdən-kiçiyə hər kəs, hər bir azərbaycanlı vəzifəsindən, əqidəsindən, sosial statusundan asılı olmayaraq özünü daha vüqarlı, daha mətin hiss edir. Çünki biz müqəddəs torpaqlarımızı hərb meydanında azad etməyimizlə öyünür və fəxr edirik. Bəli, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq, ən şərəfli səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Eyni zamanda, Beynəlxalq aləmə ədalətin, haqqın güc hesabına bərpa olunmasının mümkünlüyünü nümayiş etdirən xalqımız öz rəhbərinin illərlə yürütdüyü müdrik siyasətin məntiqi nəticəsini gördü. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Azərbaycan xalqı müdrik və məharətli, bacarıqlı sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu bir daha aşkar gördü. Dövlət başçısı İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsini ortaya qoydu. İnformasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən böyük sevinclə qarşılandı.
44 gündə Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə özünün möhtəşəm qələbələrini hərb tarixinin səhifələrinə qızıl hərflərlə yazdı. Bu müharibədə ermənilərin özləri haqqında yaratdığı "məğlubedilməzlik" mifi darmadağın oldu. Qısa zamanda düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsinin məhv edilməsi hərbçilərimizin peşəkarlığı və cəsurluğundan xəbər verdi. Onu xüsusilə qeyd etmək lazımdır ki, silahlı qüvvələrimizin inkişafı və modernləşdirilməsi ilə bağlı son illərdə cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında öz təcəssümünü tapdı. Bu savaş təsdiqlədi ki, özünün işğal siyasətinin girovuna çevrilmiş Ermənistan inkişaf baxımından çox geridə qalıb. Bütün dünya gördü ki, Ermənistanın "məğlubedilməz" ordusunda pərakəndəlik hökm sürür. Məhz bu məğlubiyyətin bariz nümunəsi idi ki, bir-birinin ardınca torpaqlarımızın azad edilməsi, noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin dekabrın 1-nə kimi daha 3 rayon - Kəlbəcər, Ağdam və Laçının müharibəsiz, qansız, şəhidsiz qaytarılmasını nəzərdə tutan birgə bəyanat imzalaması tariximizdə xüsusi önəm kəsb etdi. Elə dünya siyasətçiləri, politoloqlar, tarixçilər də belə qənaətə gəlirlər ki, bu zəfər həftəsi Azərbaycan tarixinin ən parlaq səhifəsidir.
Bəli, şanlı ordumuz, dövlətimiz və ümumilikdə xalqımız zəfər əldə etdi. Həm də biz müharibənin gedişində bütün dünyanı inandıra bildik və sübut etdik ki, yalnız tarixi baxımdan deyil, hüquqi baxımdan da, bu bölgə Azərbaycan ərazisidir, qanuni və tarixi torpaqlarımızdır. Nüfuzlu təşkilatların üzərlərinə götürməli olduğu öhdəlikləri xalq-dövlət həmrəyliyi, Ali Baş Komandanın rəhbərliyi ilə ləyaqətlə yerinə yetirdik. Prezidentin qeyd etdiyi kimi: "...dörd şərt bizim qələbəmizi şərtləndirdi. Birincisi, xalq-iqtidar birliyi idi. İkinci şərt, məsələnin tarixi və hüquqi tərəfini dünyaya çatdırmaq idi. Üçüncüsü, güclü iqtisadiyyat qura bilməyimizdir. Nəhayət dördüncü şərt ordu quruculuğudur. Bu şərtlər Azərbaycana imkan verdi ki, düşməni darmadağın edək, onların kürəyini yerə vurub zəfər qazanaq. İşğalçını az qala dünyanın yarıdan çoxunun müdafiə etməsinə baxmayaraq, biz qısa müddətdə qalib gəldik. Nə üçün? Bizim mübarizəmiz haqq işi idi, biz ədalətli zəfər yoluna çıxmışdıq. Ona görə də, hər yerdə deyirlər ki, Azərbaycanın başlayıb məntiqi sonluqla yekunlaşdırdığı müharibə ədalətli müharibə sayılır. Vətən müharibəsində haqqı olan tərəf - Azərbaycan tarixi qələbəyə imza atdı". Ən başlıcası, bu tarixi qələbə Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, müzəffər ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. Dövlət başçısı qəhrəman Azərbaycan ordusunun işğaldan azad etdiyi tarixi müqəddəs torpağımızda möhtəşəm üçrəngli bayrağımızı ucaltdı və bəyan etdi ki, bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlər boyu yaşamışıq, bizim xalqımız yaşayıb.
Vətən müharibəsində xalqımız yüksək birlik, həmrəylik nümayiş etdirdi, vahid amal uğrunda birləşdi. Bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. İşğal altında qalan əziz Şuşanın işğaldan azad olunması ilə ulu öndər Heydər Əliyevin "Azərbaycan üzükdür, Şuşa onun qaşı" sözləri yenidən öz dəyərinə qovuşdu. Qətiyyətli Azərbaycan Ordusunun gücü, qüdrəti ilə bu qədim şəhər öz sahiblərinə qaytarıldı. Dövlət başçımızın qeyd etdiyi kimi, Şuşada yenə də azan səsi eşidiləcəkdir. Sənətkarlar beşiyi olan bu qədim şəhərdə artıq Azərbaycan bayrağı dalğalanır. Bundan sonra isə hər birimizin müqəddəs borcu Azərbaycanın mövqeyini daim müdafiə etməkdir. Tək döyüş meydanında deyil, arxa cəbhədə də Ali Baş Komandanımızın ətrafında sıx birləşməliyik. Bizləri yaşatdıqları zəfər, sevinc, qürur, fəxarət hissləri üçün dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə, ordumuzun hər bir əsgər və zabitinə minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Zəfər gününüz mübarək!
Rəşad Haqverdiyev
Sumqayıt şəhər 1 saylı notariat ofisinin notariusu
Hazırladı:
Natiq Zabitoğlu
"Ədalət və Qanun" qəzetinin baş redaktoru