“Neftçi”nin Konfrans Liqasındakı rəqibi müəyyənləşir

neftcinin-konfrans-liqasindaki-reqibi-mueyyenlesir
Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.
“Qafqazinfo” verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək püşkatmada Azərbaycan təmsilçisi “Neftçi”nin də rəqibi bilinəcək.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Səpələnməmişlər səbətində yer alacaq “Neftçi”nin potensial rəqibləri:
“Braqa” (Portuqaliya), “Ayaks” (Niderland), “Kopenhagen” (Danimarka), “Gent” (Belçika), “Rapid” (Avstriya), “Panatinaikos” (Yunanıstan), “Ludoqorets” (Bolqarıstan), FKSB (Rumıniya), “Rakuv” (Polşa), “Partizan” (Serbiya), “Luqano” (İsveçrə), AEK (Kipr), “Başakşəhər” (Türkiyə), “Riyeka” (Xorvatiya), “ÇFR Kluj” (Rumıniya), HİK (Finlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Brann” (Norveç), “Spartak” (Slovakiya), “Hradets-Kralove” (Çexiya), "Avstriya" (Avstriya), “Katovitse” (Polşa), "Vaduts" (Lixtenşteyn), “Norşellann” (Norveç), “Tobol” (Qazaxıstan), “Apollon” (Kipr), “Hibernian” (Şotlandiya), “Torshavn” (Farer adaları) və “Syon” (İsveçrə).
Daha 13 komanda ilk raundun nəticələrinə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-u keçiriləcək.