Ramos qərarını verib: PSJ-də qalacaq?

Serxio Ramos PSJ-də qalacaq.
İspaniyalı futbolçu qərarını artıq verib. O, Paris klubu ilə yayda başa çatacaq müqaviləni 2024-cü ilin iyununa qədər artıracaq.
37 yaşlı müdafiəçi bu mövsüm 42 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Yayda Lionel Messi, Neymar, Marko Verratti kimi futbolçuların PSJ-ni tərk edəcəyi gözlənilir.
Mənbə: Oxu.Az