Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq.
İlk olaraq “Kəpəz” “Araz Naxçıvan”ı qəbul edəcək.
Dörd xala malik komandalar 8-9-cu yerləri bölüşdürürlər.
Tur “Səbail” - “Qarabağ” görüşü ilə başa çatacaq. “Köhlən atlar” 7 xalla beşinci, “dənizçilər” 4 xalla yeddinci pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası, V tur
3 sentyabr (bazar)
17:00. “Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Gəncə şəhər stadionu
19:30. “Səbail” - “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Elşad Abdullayev, Zöhrab Abbasov, İslam Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“ASCO Arena”
Qeyd edək ki, əvvəlki matçlarda “Turan Tovuz” “Sabah”ı 3:0, “Qəbələ” “Zirə”ni, “Neftçi” isə “Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib.