“Aston Villa” 41 ildən sonra UEFA Çempionlar Liqasında çıxış edəcək
15-may, 10:49 88 İdmanİngiltərə Premyer Liqasında çıxış edən “Aston Villa” klubu 41 ildən sonra qitənin ən nəhəng turniri sayılan UEFA Çempionlar Liqasında çıxış edəcək.
Oxu.Az xəbər verir ki, “Aston Villa” sonuncu dəfə 1982-ci ildə Avropa Çempionlar Kubokunun (indiki Çempionlar Liqasının) qalibi olub və 1983-cü ildə “Barselona”nı məğlub edərək UEFA Superkubokuna yiyiələnib. Həmin il Avropa Çempionlar Kubokunda ilk raundları adlayan komanda 1/4 finalda İtaliyanın “Yuventus” klubuna hər iki görüşdə məğlub olaraq mübarizəni dayandırıb.
Maraqlıdır ki, “Aston Villa” klubu 2021/2022 mövsümündə uğursuzluqlar yaşadığı üçün autsayderlər siyahısından son anda çıxmağı bacarmışdı. İngiltərə klubu 2011-ci ildən bu yana ilk dəfə Konfrans Liqasına vəsiqə əldə edib.
Qeyd edək ki, “Aston Villa” UEFA Konfrans Liqasının yarımfinal mərhələsində “Olimpiakos”a məğlub olaraq turnirlə vidalaşmalı olub.