Boksçumuz lisenziya turnirində 1/4 finala vəsiqə qazandı
30-may, 11:30 80 İdmanTailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turniri davam edir. “Qafqazinfo” xəbər verir ki, yarışın yeddinci günündə Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Şamil Əsgərov çıxıb.
57 kq-da mübarizə aparan boksçu 1/8 final çərçivəsində Kaleb Tiradonu (Puerto-Riko) sınağa çəkib. Görüş Əsgərovun qələbəsi ilə yekunlaşıb – 3:2 (30:27, 29:28, 30:27, 28:29, 27:30).
Boksçumuz 1/4 finalda Munarbek Seyitbek Uulu (Qırğızıstan) ilə döyüşəcək. Görüş mayın 31-də olacaq.
Qeyd edək ki, bu gün 1/16 final çərçivəsində Alfonso Dominqes (92 kq) və Məhsəti Həmzəyeva (57 kq) də rinqə çıxacaq.