“Zirə” – “Sabah”a, “Sumqayıt”– “Turan Tovuz”a qarşı

Azərbaycan Premyer Liqasında bu gün 10-cu tura yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, günün ilk görüşündə 4-cü yerdəki “Zirə” 5-ci pillədəki “Sabah”ı qəbul edəcək.
Matç saat 17:30-da başlayacaq. 
Günün digər matçında - turun son oyununda “Sumqayıt” “Turan Tovuz”la qarşılaşacaq.
Misli Premyer Liqası
10-cu tur
20 oktyabr (bazar)
17:30. “Zirə” –“Sabah”
 Hakimlər: 
Rəşad Əhmədov, Vüsal Məmmədov,  Zöhrab Abbasov, Əli Əliyev
VAR: Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu,
20:00. “Sumqayıt”– “Turan Tovuz”
 Hakimlər:
İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev
VAR: Cavid Cəlilov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu