“Real” Vinisiusu da itirdi
26-noy, 09:18 28 İdman“Real Madrid”in ulduz futbolçusu Vinisius Junior zədələnib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tibbi müayinələrdən sonra vingerin sol ayağının bud sümüyündə problem aşkarlanıb. Futbolçu La Liqanın XIV turunda səfərdə “Leqanes”lə matçda sıradan çıxıb.
O, 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Belə ki, 24 yaşlı futbolçu noyabrın 27-də Çempionlar Liqasında “Liverpul”a qarşı oynaya bilməyəcək.
Qeyd edək ki, bu mövsüm Vinisius bütün yarışlarda 18 matçda iştirak edib, 12 qol vurub və 8 qolun ötürməsini verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalına görə, Vinisiusun transfer dəyəri 200 milyon avrodur.
Xatırladaq ki, klubun digər futbolçuları Dani Karvahal, Eder Militao, Lukas Vaskes, Rodriqo və Tuçameni də zədədən əziyyət çəkir.