İtaliya Superkubokunun qalibi oldular
07-yan, 08:16 2 İdmanİtaliya Superkubokunun qalibi müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, Səudiyyə Ərəbistanında təşkil olunan yarışın həlledici oyununda “İnter” “Milan”la qarşılaşıb.
Görüşə “neradzurri” fəal başlayıb. Komanda Lautaro Martinez və Mehdi Tareminin qolları ilə hesabda önə keçib. Lakin “qırmızı-qaralar” oyunda geridönüşdönüş ediblər.
Teo Ernandes və Kristian Pulişiçin fərqlənməsi ilə matça hesab bərabərləşib. Qarşılaşmanın sonlarında Tammi Abraham “Milan”nın qələbə qoluna imza atıb - 3:2.
Beləliklə də, “Milan” tarixində səkkizinci dəfə İtaliya Superkubokuna sahib olub.