42 yaşlı kişi atdan yıxılaraq öldü

42-yasli-kisi-atdan-yixilaraq-oldu

Gədəbəy rayonunda 42 yaşlı kişi atdan yıxılaraq ölüb. 
“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün saat 12 radələrində rayonun Slavyanka kəndinin ərazisində baş verib.
Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Habil Süleymanov atdan yıxılaraq ölüb. 
Hazırda rayon prokurorluğu tərəfindən araşdırma aparılır.