Şəkidə beş gün öncə atdan yıxılan şəxs ölüb

Şəkidə 5 gün öncə atdan yıxılan şəxs ölüb.
Oxu.Az-ın məlumatına görə, rayonunun Daşüz kənd sakini, 1978-ci il təvəllüdlü Müşviq Şaban oğlu Şabanov sentyabrın əvvəlində atdan yıxılaraq kəllə-beyin travması alıb.
O, xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq dünən ölüb.
Faktla bağlı araşdırma aparılır.