Pilləkənlə qalxmaq ani ölüm riskini azaldır - ARAŞDIRMA
29-apr, 09:26 81 MaraqlıBritaniyalı alimlər müəyyən ediblər ki, müntəzəm olaraq pilləkənlə qalxmaq insan ömrünü xeyli uzada bilər.
Bu elmi işin nəticələri Avropa Kardiologiya Cəmiyyətinin (ECS) saytında dərc olunub.
Alimlər pilləkənlərin sayını və qalxma sürətini nəzərə almadan bu mövzu üzrə mövcud araşdırmaları toplayıblar. Beləliklə, ümumilikdə 480 479 nəfərin iştirakı ilə doqquz tədqiqat aparılıb.
Tədqiqat populyasiyasına həm sağlam fərdlər, həm də anamnezində infarkt və ya periferik arteriya xəstəliyi olanlar daxildir. İştirakçıların yaş həddi 35-84 arasında olub.
Alimlər müəyyən ediblər ki, pilləkənlərlə qalxmaq hər hansı səbəbdən ani ölüm riskini 24%, ürək-damar xəstəliklərindən ölüm riskini isə 39% azaldır. Bundan əlavə, gəzməyin infarkt, ürək çatışmazlığı və insultdan qorunduğu müəyyən edilib.
Mənbə: Oxu.az