İranda prezident seçkiləri ilə bağlı kampaniya başladı
30-may, 11:22 74 SiyasətBu gündən İranda növbədənkənar prezident seçkiləri ilə bağlı namizədlərin qeydə alınması prosesinə başlanılıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, proses 5 gün davam edəcək.
Bu dövr ərzində yaşı 40-dan 75-ə qədər olan, minimum magistr dərəcəsinə malik şəxslər potensial namizəd olaraq qeydiyyata düşə bilər. Yekun olaraq bütün namizədlər 12 üzvdən ibarət Konstitusiyanın Müdafiəsi Şurası tərəfindən təsdiq edilməlidirlər.
Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi mayın 19-da helikopter qəzası nəticəsində həlak olub. Ölkədə növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.