Bayramov gürcüstanlı həmkarı ilə görüşdü
22-iyl, 11:59 77 Siyasət
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla gürcüstanlı həmkarı Maka Botçorişvili arasında görüş keçirilir.“Qafqazinfo” xəbər verir ki, bununla bağlı XİN-in “X” hesabında paylaşım edilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan - Gürcüstan ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, regional məsələlər üzrə əməkdaşlıq, həmçinin strateji tərəfdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunur.





