Şamaxı rayonunda zəlzələ olub
12-yan, 08:03 0 Cəmiyyət
Şamaxı rayonu ərazisində 3 maqnitudalı zəlzələ olub.
Oxu.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilir ki, yerli vaxtla saat 03:07-də Pirqulu stansiyasından 9 km cənubda, Şamaxı rayonunda qeydə alınan yeraltı təkanlar 9 km dərinlikdə meydana gəlib.
Zəlzələ hiss olunmayıb.






