Avtomobil su arxına düşdü - Sürücü öldü
19-noy, 10:39 15 Kriminal
Beyləqanın Bahar qəsəbəsindən keçən avtomobil yolunda qəza baş verib.“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 17-də saat 16:30 radələrində qeydə alınıb.
Belə ki, Arif Aslanov idarə etdiyi “VAZ-2106” markalı avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsi su arxına aşıb.
Nəticədə sürücü ölüb, 1967-ci il təvəllüdlü sərnişin, Beyləqan sakini Həbib Kərimov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.





