Xəzərdə zəlzələ oldu
30-apr, 08:34 16 Cəmiyyət
Xəzər dənizində zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 03:09-da qeydə alınan zəlzələnin maqnitudası 3,4 olub.
Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.





