“UAZ” dərəyə aşdı - Ölən var

uaz-dereye-asdi
Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfio” xəbər verir ki, hadisə rayonun Slavyanka kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “UAZ” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza zamanı 1985-ci il təvəllüdlü Azad İsmayılov ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılarkən yolda həyatını itirib. 
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev