Gecənin bu saatlarında güclü yağış yağacaq - Xəbərdarlıq
21-may, 16:26 6 Cəmiyyət
Bakıda və Abşeron yarımadasında mayın 21-i gecə saatlarından 22-si gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, saat 00:00-04:00 radələrində yağışın bir qədər intensivləşəcəyi ehtimalı var.





