Müstəqilli Günü qeyri-iş günü olacaq? - AÇIQLAMA

Müstəqilli Günü qeyri-iş günü olacaq? - AÇIQLAMA


"28 May - Müstəqillik Günü və 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olması ilə bağlı fikirlər səsləndirilib. Burada qanunun mənası nəyisə bərabərləşdirmək deyil. Qanun dəqiqləşdirilir. Bu, qanunun predmeti deyil"
Bunu Milli Məclisin bu gün keçirilən iclasında adı çəkilən qanun layihəsinin ikinci oxunuşda səslənən təkliflərə mövqeyini açıqlayan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Deputatın sözlərinə görə, orada dəyişikliklər bayram günü və ya qeyri-iş günü ilə bağlı olmayacaq. O bildirib ki, bu dəyişikliklər texniki xarakter daşıyacaq.

Müzakirələrin yekunu olaraq qanun layihəsi səsə qoyularaq qəbul edilib.