12 yaşlı oğlan atdan yıxıldı, 13 gün sonra öldü

12-yasli-oglan-atdan-yixildi-13-gun-sonra-oldu
Füzuli rayonunda 2 həftə əvvəl yıxılaraq xəsarət alan 12 yaşlı oğlan xəstəxanada vəfat edib. 
“Qafqazinfo” xəbər verir ki, avqustun 15-də Qarğabazar kənd sakini 2014-cü il təvəllüdlü Röyal Rasim oğlu Namazov Zobucuq-5 qəsəbəsinin ərazisində atdan yıxılıb. 
Xəstəxanaya yerləşdirilmiş R.Namazov avqustun 28-i orada ölüb. Araşdırma aparılır.