Şəmkirdə 43 yaşlı kişinin meyiti tapıldı
31-avq, 09:56 5 Cəmiyyət
Şəmkirdə 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb.“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.
Məlumata görə, 1983-cü il təvəllüdlü Elman Həsənovun meyitini ilk olaraq qonşusu görüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.
Yunis Quliyev





